ABŞ Hərbi Hava Qüvvələri Akademiyasında ABŞ-Azərbaycan münasibətlərinə dair görüş keçirilib

ABŞ Hərbi Hava Qüvvələri Akademiyasında ABŞ-Azərbaycan münasibətlərinə dair görüş keçirilib
# 24 aprel 2014 07:53 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın Kolorado Sprinqz şəhərində yerləşən Hərbi Hava Qüvvələri Akademiyasının (US Air Force Academy) dəvəti əsasında səfir Elin Süleymanov akademiyanın qonağı olub. Səfər zamanı o, akademiya rəhbərliyi görüşüb və müdavimlər qarşısında çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, akademiyanın rəisi, general-leytenant Mişel Conson (Michelle Johnson) və digər ali rütbəli zabitlərlə görüş zamanı ABŞ-Azərbaycan hərbi əməkdaşlığından, Azərbaycanın regional və transregional əhəmiyyətindən və ikitərəfli münasibətlərin maraq doğuran digər aspektlərindən danışılıb.

Akademiyanın müdavimləri qarşısında çıxış edən E. Süleymanov ikitərəfli hərbi əməkdaşlıqdan bəhs edərək bu münasibətlərin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın xüsusilə beynəlxalq terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə görə inkişaf etdiyini söyləyib. O, Azərbaycanın öz hava məkanından tranzit olaraq istifadə üçün icazə verən ilk ölkələrdən olduğunu deyib. ABŞ qüvvələri üçün Əfqanıstana daşınan ərzaq mallarının 40%-nin Azərbaycan ərazisindən keçdiyini bildirən E. Süleymanov, Azərbaycanın son illərdə özünün tranzit qabiliyyətini əhəmiyyətli dərəcədə artırdığını vurğulayıb.

E. Süleymanov Azərbaycanın ərazi bütövlüyünün qonşu Ermənistan tərəfindən pozulduğu və ölkə ərazilərinin 20 ildən artıq bir müddətdə Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olduğu barədə məlumat verib. ABŞ-ın ATƏT-in Minsk Qrupunda həmsədr kim təmsil olunduğunu xatırladan səfir, Vaşinqtonun davamlı olaraq dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipini dəstəkləməsinin vacib olduğunu bildirib.

Daha sonra E. Süleymanov müdavimlərlə birgə akademiyanın yeməkxanasında nahar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR