Ankarada “Əzizə Cəfərzadə: Həyatı, ədəbi şəxsiyyəti, hekayələrinin incələnməsi” adlı kitab çapdan çıxıb

Ankarada “Əzizə Cəfərzadə: Həyatı, ədəbi şəxsiyyəti, hekayələrinin incələnməsi” adlı kitab çapdan çıxıb
# 03 fevral 2014 11:21 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Ankaradakı Gazi Universitetinin müəllimi, həmyerlimiz Yard. Doç. Dr. Pərvanə Bayramın “Əzizə Cəfərzadə: Həyatı, ədəbi şəxsiyyəti, hekayələrinin incələnməsi” adlı monoqrafiyası ”Akçağ” nəşriyyatında işıq üzü görüb.

APA-nın məlumatına görə, kitabda müəllif Əzizə Cəfərzadənin həyat və yaradıcılığını araşdırıb, hekayələrini təhlil edib.

Qeyd edək ki, Pərvanə Bayram Gazi Universitetinin məzunudur. Azərbaycan-Türkiyə ədəbi-mədəni münasibətlərinə həsr olunmuş layihə, konfrans və seminarlarda Azərbaycan dili, mədəniyyəti və folklorunu Türkiyədə tanıdıb. 2013-cü ildə ABŞ-ın Texas ştatının Austin şəhərindəki Orta Şərq Araşdırmaları Mərkəzində Azərbaycan dili, tarixi və mədəniyyəti haqqında seminarlar keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR