Dövlət Komitəsi: İnternatda uşağın döyülməsi faktı təsdiqlənərsə, hüquq-mühafizə orqanlarına müraciət ediləcək - YENİLƏNİB

Dövlət Komitəsi: İnternatda uşağın döyülməsi faktı təsdiqlənərsə, hüquq-mühafizə orqanlarına müraciət ediləcək - <span style="color: red;">YENİLƏNİB
# 20 may 2014 12:42 (UTC +04:00)

Bu barədə APA-ya AQUPDK-dən məlumat verilib.

Komitədən bildirilib ki, həmin internat məktəblə əlaqə saxlanılıb.

“Məktəbdə uşağın döyülməsi faktı təsdiqlənərsə, hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara müraciət ediləcək. Bu cür hal əlbəttə ki, bizdə ciddi narahatlıq doğurub”, - deyə komitədən bildirilib.

***

saat 15.13

Bakı. Gülnar Bəşirova - APA. Təhsil Nazirliyinin nümayəndələri 7 nömrəli İnternat Məktəbində döyülən uşaqla bağlı vəziyyəti araşdırmaq üçün həmin internat məktəbinə ezam olunub.


Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, məsələ ilə bağlı nazirlik tərəfindən araşdırma aparılır: “Araşdırma yekunlaşdıqdan sonra bununla bağlı mətbuata məlumat veriləcək”.

Qeyd edək ki, Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağın döyülməsi ilə bağlı məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR