Əfqanıstanda ABŞ hərbi təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb

Əfqanıstanda ABŞ hərbi təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb
# 10 yanvar 2014 11:53 (UTC +04:00)

Bakı – APA. Əfqanıstanın şimalında ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb.

APA – nın ABC News-a istinadən verdiyi məlumata görə, nəticədə 3 nəfər ölüb.

Pentaqonun nümayəndəsi bildirib ki, təyyarənin vurulduğuna dəlalət edən hər hansı əlamət aşkar edilməyib.

MS-12 tipli təyyarə gecə saatlarında müşahidə sistemləri vasitəsi ilə monitorinq apararkən qəzaya uğrayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR