Bakıda fərdi evdə yanğın olub

Bakıda fərdi evdə yanğın olub
# 29 may 2014 04:34 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 190 kv.m sahədə yanıb.

Mətbəx yanğından mühafizə olunub. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR