Son 20 ildə ilk dəfə Nyu-York meri seçkilərində demokratlar qalib gəlib

Son 20 ildə ilk dəfə Nyu-York meri seçkilərində demokratlar qalib gəlib
# 06 noyabr 2013 09:11 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Nyu-York meri seçkilərində Demokrat partiyasının namizədi Bill de Blazio respublikaçıların namizədi Cozef Lotuya qalib gəlib.

APA-nın “The New York Times”a istinadən xəbərinə görə, ona seçicilərin 60%-i səs verib.

De Blazio son 20 ildə Nyu-York meri seçkilərində qalib gəlməyi bacarmış ilk demokrat kimi tarixə düşüb. O, səlahiyyətlərinin icrasına 2014-cü ilin yanvarında başlayacaq. Nyu-Yorkun hazırkı meri isə dünyanın ən varlı adamlarından biri olan respublikaçı Maykl Blumberqdir.

Qeyd edək ki, noyabrın 5-də həmçinin Nyu-Cersi ştatının qubernatoru vəzifəsinə də seçkilər keçirilib. Seçkilərdə hazırkı qubernator Kris Kristi qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR