18 yaşlı azərbaycanlı müğənni Ukraynada keçirilən musiqi layihəsində böyük uğur qazanıb

18 yaşlı azərbaycanlı müğənni Ukraynada keçirilən musiqi layihəsində böyük uğur qazanıb
# 11 mart 2014 09:18 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Hazırda Xarkovda yaşayan 18 yaşlı azərbaycanlı müğənni Vaqif Nağıyev Ukraynada keçirilən məşhur “Səs” musiqi layihəsində böyük uğur qazanıb.

APA-nın məlumatına görə, Ukrayna mətbuatı V.Nağıyevin ifasını “Azərbaycanlı müğənni ukraynalı münsifləri fəth etdi” başlığı ilə yayımlayıb.

Gənc müğənni yarışmada Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısını ifa edib. Münsiflər heyətinin üzvləri Tamara Qverdsitel, Sergey Lazarev və başqaları V.Nağıyevin ifasının Müslüm Maqomayevin sənətinə və adına layiq olduğunu xüsusi vurğulayıblar.

Münsiflər Vaqifi növbəti mərhələlərdə görməkdən məmnun olacaqlarını qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR