Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib - FOTO

Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib - <span style="color: red;">FOTO
# 17 aprel 2014 13:49 (UTC +04:00)

Bakı – APA. Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncını qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, habelə təşkilata üzv dövlətlər arasında əməkdaşlıq məsələləri və təşkilat tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər haqda fikir mübadiləsi aparılıb.

Görüş zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının digər beynəlxalq təşkilatlarla əməkdaşlığı da müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR