Həsən Ruhani: “Sanksiya kasası qırılıb və təmir edilməsi mümkün deyil”

Həsən Ruhani: “Sanksiya kasası qırılıb və təmir edilməsi mümkün deyil”
# 01 iyul 2014 10:32 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti son 11 ayda xarici siyasət sahəsində atılan addımları müsbət qiymətləndirib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Həsən Ruhani bildirib ki, İrana qarşı tətbiq edilmiş sanksiyalar səbəbindən zərər görmüş sənayenin bugünkü vəziyyəti daha da yaxşılaşıb: “Hazırda bütün sanksiyaların aradan qaldırılması istiqamətində addım atırıq. Artıq sanksiya kasası qırılıb və təmir edilməsi mümkün deyil. Dünyanın 6 gücü ilə müzakirə masası arxasına əyləşmiş nümayəndə heyətimiz lazımi təcrübəyə sahibdir. Biz qonşu ölkələrlə də əlaqələrin yaxınlaşdırılması və yaxşılaşdırılmasına çalışırıq. Eyni zamanda müharibələrin qarşısını almaq üçün səy göstəririk. Radikalizm, qarşıdurma, təhqir etmək və ölkələrin daxili işlərinə qarışmaq heç bir dövlətin xeyrinə deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR