Şeyx və bir qrup ziyalı “İmamzadə” dini kompleksində olub - FOTO - VİDEO

Şeyx və bir qrup ziyalı “İmamzadə” dini kompleksində olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 11 sentyabr 2013 12:13 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, millət vəkili Ziyad Səmədzadə və bir qrup ziyalı qərb bölgəsinə səfərlərini Gəncədə yekunlaşdırıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Ağstafa və Qazax rayonlarına səfər edən nümayəndə heyəti qərb bölgəsində olan rayonlarda tikinti abadlıq işləri ilə tanış olub və rayon ziyalıları ilə görüşüb.

Gəncədə olan ağsaqqallar öncə yeni tikilən Heydər Əliyev Mərkəzinə baş çəkiblər və orada gedən tikinti işləri ilə yaxından maraqlanıblar. Daha sonra isə ziyalılar “İmamzadə” Dini-Memarlıq Kompleksini ziyarət edərək burada aparılan tikinti quruculuq işləri ilə tanış olublar. Hacı Allahşükür Paşazadəyə ziyarətgahda aparılan işlər barədə məlumat verilib.

Qeyd edək ki, VII əsrdə inşa edilən və bu gün də Azərbaycanın mühüm dini məkanlarından olan Gəncədəki “İmamzadə” Dini-Memarlıq Kompleksində bərpa işləri sürətlə davam edir. Kompleksdə yenidənqurma işlərinə 2010-cu ildən prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq xüsusi layihə əsasında həyata keçirilir. Kompleksdə dini ayinlərin keçirilməsi, 1000 nəfərin eyni zamanda ibadət etməsi üçün ümumi sahəsi 600 kv. metr olan kişi və qadınlar üçün ibadət zalları tikilib. Zalların birinə Hüseyniyyə, digərinə isə Zeynəbiyyə adı verilib. “İmamzadə” dini kompleksində aparılan əsaslı yenidənqurma və təmir işləri çərçivəsində, məscidin daxilində milli və dini ornamentlərdən istifadə olunaraq son nəqqaşlıq işləri görülür. Bundan başqa, kompleks ətrafındakı mehmanxana və inzibati binada da işlər sona çatmaq üzrədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR