BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi perspektiv planlarını açıqlayıb - FOTO

BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi perspektiv planlarını açıqlayıb - <span style="color: red;">FOTO
# 12 mart 2014 14:23 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov martın 12-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edib.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, görüşdə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin ölkəmizdəki uzunmüddətli və davamlı fəaliyyəti müsbət dəyərləndirilib, Azərbaycanın belə bir nüfuzlu qurumun İcraiyyə Komitəsinin üzvü olmasına diqqət çəkilib.

Görüşdə Yaponiyanın “Fuci Optikal” Ltd. şirkətinin doktor Akio Kanainin rəhbərlik etdiyi nümayəndə heyətinin aprel ayında ölkəmizə səfər edəcəyi bildirilib. “Fuci Optikal” Ltd. şirkəti BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan hökumətinin dəstəyi ilə 2005-ci ildən başlayaraq hər il Azərbaycanda qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxslərə oftalmoloji xidmət göstərir. Eyni zamanda məcburi köçkünlərin problemlərinin öyrənilməsi, onların həlli yollarının axtarılması məqsədilə BMT QAK-ın ölkəmizdəki nümayəndəliyi tərəfindən Azərbaycan hökuməti və bir sıra beynəlxalq və milli QHT-lərlə əməkdaşlıq şəraitində 2013-cü ildə məcburi köçkünlər arasında keçirilmiş ”Yaş, gender və müxtəlifliyin təşviqi müştərək qiymətləndirilmə”nin nəticələri müzakirə edilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə digər məsələlərlə yanaşı BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən layihələr və qarşıda duran vəzifələr, nümayəndəliyin perspektiv planları, Azərbaycan hökumətinin beynəlxalq humanitar təşkilatlara dəstəyi, onların fəaliyyətinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən məqsədyönlü şəkildə istiqamətləndirilməsi məsələləri də müzakirə olunub, bu məsələlərlə bağlı rəy və təkliflər səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR