ARDNŞ-nin neft-qaz emalı və neft-kimya kompleksinin inşa ediləcəyi ərazidə infrastrukturun köçürülməsinə başlanıb

ARDNŞ-nin neft-qaz emalı və neft-kimya kompleksinin inşa ediləcəyi ərazidə infrastrukturun köçürülməsinə başlanıb
# 05 iyun 2014 15:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı şəhərinin Qaradağ və Abşeron rayonları ərazilərində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni neft-qaz emalı və neft-kimya kompleksinin inşası məqsədilə ayrılmış müvafiq ərazidən keçən infrastruktur xətlərinin köçürülməsi məqsədilə aidiyyəti qurumlarla aparılan danışıqlar başa çatıb, layihələndirmə işləri görülüb və bu ilin əvvəlindən həmin xətlərin köçürülməsinə başlanıb.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, ərazidən keçən “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xəttinin köçürülməsi işləri may ayında sona çatdırılıb. Görülən işlər çərçivəsində tikinti sahəsinə düşən Qaradağ Qaz İstismar Sahəsinə məxsus 1 ədəd 150 mm-lik orta təzyiqli qaz kəmərinin köçürülməsi məqsədilə yeni qaz kəməri çəkilib.

Uzunluğu 4316 metr olan qaz kəmərinin üzərində, yol keçidlərində, 90 dərəcəlik əymələrdə və bütün magistral yolu boyunca hər 500 metrdən bir xəbərdaredici nişanlar quraşdırılıb. Gələcəkdə ərazidə aparılacaq tikinti işlərini nəzərə alaraq qaz kəməri 1,5 metr dərinlikdə çəkilib. Qaz kəməri quraşdırıldıqdan sonra onun təmizliyi, ötürmə qabiliyyəti, möhkəmliyi və kipliyi qüvvədə olan normativ qaydalara uyğun yoxlanılıb.

Hazırda ərazidən keçən digər xətlərin köçürülməsi ilə bağlı aidiyyəti təşkilatlarla işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR