“Nikoyl Bank” yeni əmanət kampaniyası keçirir

“Nikoyl Bank” yeni əmanət kampaniyası keçirir
# 11 iyun 2014 12:51 (UTC +04:00)

Bakı - APA-Economics. “Nikoyl Bank” “Qızıl yay” əmanət aksiyasına start verib. Aksiya avqustun 31-ə kimi davam edəcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, maksimum sığortalanmış illik faiz dərəcəsi ilə 12, 18 və ya 24 aylıq müddətə ən azı 1 000 manat və yaxud ABŞ dolları yerləşdirməklə, müştərilər avtomatik olaraq gəlirin 50%-ni qabaqcadan alacaq və tiraj lotereyasının iştirakçısına çevriləcək.

Qızıl külçələrin uduşu 10 sentyabr 2014-cü ildə bankın baş ofisində keçiriləcək. Lotereyanın şərtlərinə görə hər əmanət məbləğinin 1 000 ş.v. bir şansa bərabər olacaq, bu zaman bir əmanətçi bir qızıl külçə qazana bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR