Azərbaycanın iqtisadiyyat və sənaye naziri Dünya Bankının regional direktoru ilə görüşüb

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Dünya Bankının regional direktoru ilə görüşüb
# 25 yanvar 2014 07:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali ilə görüşüb. İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.


Qeyd edilib ki, indiyədək Dünya Bankı tərəfindən Azərbaycana 50 layihə çərçivəsində 3,2 mlrd. dollar kredit ayrılıb. Hazırda 17 layihənin icrası davam edir. Bu ilin yanvarın 10-da İqtisadiyyat və Sənaye Nazirliyində Dünya Bankı ilə “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi üzrə əlavə maliyyələşmə sazişi imzalanıb. 2014-2016-cı illəri əhatə edən bu layihə çərçivəsində Balaxanı poliqonunun tam reabilitasiyası, ölkə üzrə məişət tullantıları strategiyasının, habelə müvafiq tədbirlər planının hazırlanması nəzərdə tutulur. Ekoloji layihələrin davamı olaraq, Bakı şəhərində göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində Dünya Bankı ilə əməkdaşlıq barədə müzakirələrin aparılması da məqsədəuyğun hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR