Azərbaycanın mədənçıxarma sahəsində istehsal 0,8% artıb

Azərbaycanın mədənçıxarma sahəsində istehsal 0,8% artıb
# 22 noyabr 2013 14:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mədənçıxarma sahəsində istehsalın həcmi 20,9 mlrd. manat olmaqla əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 0,8% çox olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neft hasilatı 36,1 mln. ton olmaqla 0,2%, əmtəəlik təbii qaz hasilatı isə 14,6 mlrd. kub metr təşkil etməklə 1,9% artıb.

Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən yanvar-oktyabr aylarında 1,7 mln. ton tikinti qumu, 315,4 min ton inşaat üçün əhəng daşı, 1,4 ton qızıl, 584,3 kq gümüş və s. istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR