ÜST: Havanın çirklənməsi insan sağlamlığı üçün ən böyük ekoloji təhlükədir

ÜST: Havanın çirklənməsi insan sağlamlığı üçün ən böyük ekoloji təhlükədir
# 26 mart 2014 08:32 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Hazırda dünyada insan sağlamlığı üçün ən böyük ekoloji təhlükə havanın çirklənməsidir.

APA-nın BMT Xəbər Mərkəzinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Konkret olaraq ÜST ekspertləri havanın çirklənməsi ilə ürək-damar, respirator və onkoloji xəstəliklər arasında birbaşa əlaqənin olduğunu araşdırıblar.

Hava çirklənməsinin səbəb olduğu insan ölümləri daha çox Asiyanın cənub-şərqində və Sakit okean regionunun qərbində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR