Akademik Milli Dram Teatrında Məmməd Arazın 80 illiyi qeyd olunacaq

Akademik Milli Dram Teatrında Məmməd Arazın 80 illiyi qeyd olunacaq
# 06 dekabr 2013 15:57 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Dekabrın 9-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Məmməd Arazın 80 illiyinə həsr olunan yubiley tədbiri keçiriləcək.

Nazirlikdən APA-ya verilən məlumata görə, prezidentin müvafiq sərəncamına əsasən keçirilən, bir çox elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılacaq, incəsənət ustaları tərəfindən şeirləri səsləndiriləcək, sözlərinə yazılan mahnılar ifa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR