Azərbaycan Prezidenti Vyetnamın Baş naziri ilə görüşüb - FOTO

Azərbaycan Prezidenti Vyetnamın Baş naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 19 may 2014 21:55 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə Baş nazir Nquyen Tan Danq bu səfərin ikitərəfli əlaqələrin yeni inkişaf səviyyəsinə çatmasında böyük əhəmiyyət daşıdığını bildirib. Səfər çərçivəsində səmərəli görüşlərin keçirildiyini deyən Nquyen Tan Danq prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın qazandığı nailiyyətlərdən məmnunluğunu ifadə edib.

Azərbaycan ilə Vyetnam arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdiyini deyən Baş nazir iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq qurduqlarını vurğulayıb. Nquyen Tan Danq iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə də investisiyaların qoyulması üçün yaxşı potensialın olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycan ilə Vyetnam arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edib, iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artırılması üçün konkret addımların atılmasının vacibliyini bildirib. Bununla bağlı ölkələr arasında iqtisadi əlaqələrin strukturu və formalarının genişləndirilməsinin önəmini qeyd edib. Dövlət başçısı iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən energetika, investisiyaların qoyulması, elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu vurğulayaraq bu sahələrdə əlaqələrin genişlənəcəyinə, dövlət səfərinin bu prosesə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR