Balakəndə icra nümayəndəliyinin inzibati binasında yanğın olub

Balakəndə icra nümayəndəliyinin inzibati binasında yanğın olub
# 20 may 2014 08:06 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə icra nümayəndəliyinin inzibati binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi Balakən rayon İcra Hakimiyyətinin Mahmalar kənd üzrə inzibati ərazi nümayəndəliyinin, ümumi sahəsi 160 kvadratmetr olan ikimərtəbəli 10 otaqlı binasında qeydə alınıb.

Hadisə yerinə FHN-in Balakən rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində binanın birinci mərtəbəsində köhnə inventarlar və yararsız sənədlər yığılmış otağın 10 kv/m sahəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində binanın qalan hissəsi yanğından mühafizə edilib.

Faktla bağlı FHN-in Balakən rayon DYMX-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR