Almaniya Bundestaqının üzvü: “Ümid edirəm ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv rol oynayacaq" - VİDEO

Almaniya Bundestaqının üzvü: “Ümid edirəm ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv rol oynayacaq" - <span style="color: red;">VİDEO
# 29 iyun 2014 15:22 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Mən ümid edirəm ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv rol oynayacaq". APA TV-nin məlumatına görə, bunu ATƏT PA sessiyası çərçivəsində Bakıda səfərdə olan Almaniya Bundestaqının üzvü Filip Mibfelder deyib.

Bundestaq üzvü deyib ki, o, Ermənistan ordusunun Dağlıq Qarabağdan dərhal çıxacağına ümid edir: “Avropa, o cümlədən Almaniya bunun həyata keçirilməsi üçün aktiv rol oynaya bilər”.

"ASAN Xidmət"in Sabunçu rayon filialına baxış keçirən almaniyalı parlamentar dövlət orqanlarının ictimai təşkilatla bu cür əməkdaşlıq etməsini çox maraqlı hesab edir: "Mən "ASAN Xidmət"ə gəlməyimdən çox məmnun oldum. Dövlət orqanları bu təşkilatla əməkdaşlıq edir. Misal üçün, almanlar bir dövlət orqanından o birisinə getmək üçün çox zaman sərf edir. Burada isə hər şey bir gündə bir damın altında həyata keçirilir. Bu çox gözəl yenilikdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR