Kiyevdə bir neçə milis avtobusu yandırılıb - YENİLƏNİB

Kiyevdə bir neçə milis avtobusu yandırılıb - <span style="color: red;">YENİLƏNİB
# 21 yanvar 2014 01:05 (UTC +04:00)

Bakı – APA. Kiyevin mərkəzində, “Dinamo” stadionunun yaxınlığında qarşıdurma davam edir.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, etirazçılar vaxtaşırı güc strukturlarının əməkdaşlarını fişəng atəşinə tuturlar.

“Dinamo” stadionunun qarşısında milis əməkdaşlarını daşıyan avtobuslar yandırılıb. Ərazi tüstü dumanına bürünüb.

Bir qədər əvvəl, vəziyyətin növbəti dəfə gərginləşməsi anında, hüquq-mühafizə orqanlarının əməkdaşları daha bir neçə aksiya iştirakçısını həbs edib.

***

23:15

Bakı - APA. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Ukraynada siyasi böhranın nizama salınması üçün hökumət və müxalifət nümayəndələrinin görüşü başlayıb.

Regionlar partiyasının təmsilçisi, deputat Anna German “Azadlıq” radiosunun Ukrayna xidmətinə bildirib ki, danışıqlarda “Maydan” birliyini Yuri Lutsenko, Ruslan Koşulinski, Vitali Kovalçuk, Aleksandr Turçinov, hökuməti - Ukryana prezidentiniin müşaviri Andrey Portnov və Ədliyyə naziri Yelena Lukaş təmsil edirlər.

Qeyd edək ki, əvvəl müxalif “Batkivşina” partiyasının başçısı Arseniy Yatsenyuk böhrandan çıxış yolları ətrafında müzakirələri yalnız prezident Viktor Yanukoviç ilə aparmağa hazır olduqlarını bildirmişdi.

***

22:05

Bakı - APA. Ukraynanın paytaxtında kütləvi iğtişaşlarda 31 nəfər həbs edilib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, saxlanılanlar şəhərin müxtəlif milis idarələrinə çatdırılıblar.

***

20:42

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Kiyevin “Dinamo” stadionu ətrafında nümayişçilər Ukrayna DİN-in xüsusi təyinatlılarına “Molotov kokteyli” atıblar.

Hazırda milis geriyə çəkilmək məcburiyyətində qalıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Nümayişçilər “Molotov kokteyli” – nin hazırlanması üçün benzinlə dolu kanistrlər gətirir. Etirazçıları dağıtmaq üçün milis gözyaşardıcı qaz və səs bombasından istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR