İran-AEBA danışıqları dekabrın 11-də Vyanada keçiriləcək

İran-AEBA danışıqları dekabrın 11-də Vyanada keçiriləcək
# 13 noyabr 2013 11:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında növbəti nüvə danışıqları dekabrın 11-də Vyanada keçiriləcək.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, AEBA-nın icraçı direktoru Yukiya Amanonun İrana səfəri zamanı qəbul edilmiş birgə bəyanatda Tehran müzakirələrinin konstruktiv keçdiyi və əməkdaşlığa dair son razılaşmanın da dekabrın 11-də Vyanada imzalanacağı qeyd olunub.

Xəbərdə həmçinin agentlik müfəttişlərinin yaxın günlərdə Ərak ağır su nüvə reaktoruna baxış keçirməsinin mümkün olacağı bildirilib. Bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi də təsdiqləyib: “İranla AEBA arasında agentlik müfəttişlərinin nüvə obyektində yoxlamalar aparması məsələsi ilə bağlı razılıq əldə olunsa, onda Ərak ağır su nüvə reaktoruna dekabrın 11-dək baxış keçirilməsi mümkündür. İran bir ildən qısa müddət içərisində nüvə fəaliyyətləri ilə bağlı şübhələrə səbəb olan mövzuları aydınlaşdırmaq və qarşı tərəfi razı salmaq məsələsində səy göstərəcək.

Qeyd edək ki, Y.Amano Tehranda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR