Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda iranlı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda iranlı həmkarı ilə görüşüb
# 28 sentyabr 2013 10:21 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüş sentyabrın 27-də Nyu-Yorkda BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində baş tutub.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi və regional əməkdaşlıq məsələsi əsas müzakirə mövzusu olub. Bundan əlavə, görüşdə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi ilə bağlı da fikir mübadiləsi aparılıb.

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın yaxın gələcəkdə Bakıda keçiriləcək növbəti iclasının gündəliyində duran məsələlər müzakirə edilib, həmçinin həmin iclasadək enerji, yük daşımaları və müxtəlif sahələrdə əməkdaşlığın artırılması üçün iki ölkənin ekspertləri və işçi qrupları arasında məsləhətləşmələrin sürətləndirilməsi məqbul sayılıb.

Sonda E. Məmmədyarov M. Zərifi Azərbaycana səfərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR