Kənd təsərrüfatı naziri Heydər Əsədov VI Berlin Sammitində iştirak edib - FOTO

Kənd təsərrüfatı naziri Heydər Əsədov VI Berlin Sammitində iştirak edib - <span style="color: red;">FOTO
# 21 yanvar 2014 14:19 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Kənd təsərrüfatı naziri Heydər Əsədov Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə beynəlxalq “Yaşıl Həftə” sərgisi çərçivəsində Almaniyanın Xarici İşlər Nazirliyində keçirilmiş Kənd Təsərrüfatı Nazirlərinin VI Berlin Sammitində iştirak edib.

Nazirliyindən mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, "Kənd təsərrüfatının gücləndirilməsi, dayanıqlılığın artırılması, ərzaq və qidalanmanın təmin edilməsi" mövzusunda keçirilmiş sammitdə dünyanın 71 ölkəsinin kənd təsərrüfatı nazirləri və nazir müavinləri, üç beynəlxalq təşkilatın yüksək vəzifəli şəxsləri iştirak edib.

Sammit zamanı planetimizdə əhalinin durmadan artması və ərzaq məhsullarına olan tələbatın çoxalması kontekstində məhdud ehtiyatlardan səmərəli istifadə etməklə qlobal, regional və milli səviyyələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, insanların təhlükəsiz və keyfiyyətli ərzaq əldə etmək imkanlarının təmin edilməsi məqsədilə birgə səylərin artırılması məsələləri müzakirə olunub.

Sammitin sonunda qəbul edilmiş Yekun Bəyannamədə bu çağırışlara səmərəli cavab vermək üçün bitki sortlarından və heyvan cinslərindən davamlı və səmərəli istifadənin təşviq edilməsi, kənd təsərrüfatı üzrə genetik ehtiyatlardan istifadə üzrə qlobal səylərin artırılması, o cümlədən tədqiqat işlərinə və bilik mübadiləsinə dəstəyin artırılması, xidmətlərə, texnologiyalara və kapitala çıxışın təmin edilməsi, kənd təsərrüfatı sahəsinə sərmayə qoyuluşunun artırılması və digər məsələlər öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR