“Unibank” “Merchant Portal” xidmətini istifadəyə verib

“Unibank” “Merchant  Portal” xidmətini istifadəyə verib
# 29 aprel 2014 13:12 (UTC +04:00)

Bakı - APA-Economics. “Unibank”ın mindən artıq ALBALI PLUS tərəfdaşlarının biznesi daha səmərəli olacaq.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, xüsusi yaradılmış “Merchant Portal” biznes şirkətlərinin işini asanlaşdırmaqla yanaşı, hesabatların hazırlanmasına, satışın enmə və qalxmasını izləməyə imkan verəcək.

Saytda yerləşdirilən satış nöqtələrində əməliyyat edən müştərilər, satış həcmləri, əməliyyatların növləri və digər mənbələr haqqında analitik məlumatlar, şirkətlərə biznesin daha effektiv və səmərəli idarə edilməsinə kömək edəcək. Bu portal vasitəsi ilə Banka gəlmədən, iş yerindən sayta daxil olaraq, öz login və parolunuzu daxil etməklə, müxtəlif növ və parametrli hesabatlar yükləmək olar. ALBALI PLUS partnyoru olan şirkət, istədiyi vaxt portala daxil olaraq, hesabatı əldə edə biləcək. Bunun üçün sadəcə, “Unibank”ın İnternet–bank xidmətinə qoşulmaq kifayət edər. Bu xidmətə qoşulmaq tamamilə pulsuzdur, sadəcə şirkətin hesab açdığı filiala yaxınlaşıb, bu xidməti aktivləşdirmək mümkündür.

İnternet–bank sistemindən faydalanmaq üçün müştərilər “Unibank” filialına yaxınlaşaraq pulsuz olaraq bu imkandan yararlana bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud Facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR