Gələn ilin əvvəlindən ABŞ-da istifadə müddəti başa çatmış ərzaq məhsullarının satışı dükanı açılacaq

Gələn ilin əvvəlindən ABŞ-da istifadə müddəti başa çatmış ərzaq məhsullarının satışı dükanı açılacaq
# 29 sentyabr 2013 04:49 (UTC +04:00)

Bakı-APA. Gələn ilin əvvəlindən ABŞ-da istifadə müddəti başa çatmış ərzaq məhsullarının satışı dükanı açılacaq. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, eksperimentin təşəbbüskarı Duq Raux hesab edir ki, istifadə müddəti başa çatmış ərzaq mallarından azı 5 məhsulu çəkinmədən yemək olar. Söhbət qarğıdalı çipsisi, şokolad, yumurta, yoğurt və süddən gedir.

Statistikaya əsasən, təkcə ABŞ-da hər il ərzaq mallarının 40 faizi istifadə müddəti başa çatması səbəbindən zibilliyə atılır.

Bəzi mütəxəssislər hesab edir ki, məhsulun qabında göstərilən vaxt bitdikdən sonra həmin qida heç də təhlükəli olmur, sadəcə olaraq, dadını itirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR