Dövlət Gömrük Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul edib - VİDEO

Dövlət Gömrük Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 28 fevral 2014 14:11 (UTC +04:00)

APA-nın bölgə müxbirinin verdiyi məlumata görə, qəbulda 12 nəfər vətəndaşın müraciətinə baxılıb.

Aydın Əliyev bildirilib ki, indiyədək müxtəlif bölgələrdə keçirilən 10 qəbulda vətəndaşların 80 faizi işlə bağlı müraciətlər edib. Lakin onlara məlumat verilib ki, gömrük orqanlarında işə qəbul qanunvericiliyə uyğun olaraq müsabiqə və test üsulu yolu ilə aparılır.

Gəncədə qəbulda iştirak edən vətəndaşlardan bir nəfərinin şikayəti Mərkəzi Gömrük Hospitalı ilə bağlı olub, digər vətəndaşlar isə işlə bağlı müraciət ediblər.

Qeyd edək ki, qəbulda Gəncə şəhəri ilə yanaşı, Naftalan, Goranboy, Kəlbəcər və Daşkəsən rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR