Azərbaycanda baş verən yol qəzasında 10 nəfər xəsarət alıb

Azərbaycanda baş verən yol qəzasında 10 nəfər xəsarət alıb
# 26 sentyabr 2013 10:04 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 26-da saat 01.00 radələrində Cəlilabad rayonu Ocaqlı kəndinin ərazisində qeydə alınıb.

Rayon sakinləri Zaur Əzizovun idarə etdiyi “VAZ-21013” və Cavid İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki maşının sürücüsü və avtomobillərdə olan sərnişinlər - Rza Abbasov, Nurlan Əzizov, Lalə Kərimova, Etibar Kərimov, İradə Quliyeva, Təhminə Abbasova, Sevinc Abbasova və Dünyaxanım İbrahimova xəstəxanaya müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR