“Bank Standard” kreditin onlayn ödənişi xidmətini təqdim edib - FOTO

“Bank Standard” kreditin onlayn ödənişi xidmətini təqdim edib - <span style="color: red;">FOTO
# 29 aprel 2014 07:00 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Bank Standard” yeni “Kreditin onlayn ödənişi” xidmətini təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu xidmət vasitəsilə artıq müştərilər kredit borclarını bank kartları ilə ödəyə bilər. Ödəniş üçün müştəri kodunu, doğum tarixini və kredit müqaviləsinin nömrəsini daxil etmək kifayətdir.

Ödənişlər əməliyyatın həyata keçirildiyi gündən üç gün ərzində yerinə yetirilir. Xidmət müştərilərə, həmçinin, ödənişi başqa bank kartı vasitəsilə də yerinə yetirmək imkanı yaradır.

Xidmət aşağıdakı kredit ödənişlərinə şamil edilir:

- istehlak kreditləri;

- depozit kreditləri;

- avtomobil kreditləri.

Daha ətraflı məlumatı https://bankstandard.com/az/ rəsmi saytımızdan və ya 158 Məlumat Mərkəzinə zəng vurmaqla əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR