Ali məktəblərlə orta məktəblərin birləşdirilməsi məsələsinə aydınlıq gətirilib

Ali məktəblərlə orta məktəblərin birləşdirilməsi məsələsinə aydınlıq gətirilib
# 09 may 2014 08:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi Azərbaycanda ali məktəblərlə orta məktəblərin birləşdiriləcəyi barədə məlumata aydınlıq gətirib. Nazirlikdən APA-ya verilən xəbərə görə, orta məktəblərin ali məktəblərə təhkim olunması təhsilin müxtəlif səviyyələri arasında fasiləsizlik prinsipini təmin etməyə imkan verəcək.

Ali təhsil müəssisələrinin akademik gücündən orta məktəb, ilk peşə və orta ixtisas təhsili müəssisələri arasında varislik ruhunda yararlanmaq üçün təhsilin müxtəlif pillələri arasında üzvi əlaqə vacibdir. İnkişaf etmiş təhsil sistemlərində vahid təhsil şəbəkəsi dedikdə, həm də təhsilin müxtəlif pillələrinin eyni strateji həlqədə birləşməsi nəzərdə tutulur. Sınaqdan keçmiş bu təcrübə təhsil alanların uğurlu karyera inkişafına və ixtisaslaşmasına zəmin yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR