ABŞ-ın Azərbaycandakı səfiri AZAL prezidenti ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri AZAL prezidenti ilə görüşüb
# 01 aprel 2014 13:42 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ilə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov arasında görüş keçirilib. Bunu “APA-Economics”ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.

Onun sözlərinə görə, tədbirdə ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən ölkədə aviasiya təhlükəsizliyi sahəsində aparılan auditin nəticəsində Azərbaycana “1-ci dərəcə” statusunun verilməsini məsələsi müzakirə olunub və yüksək qiymətləndirib. Həmçinin iki ölkə arasında aviareyslərin açılması imkanları diqqət mərkəzində olub.

M.Səfərli əlavə edib ki, ABŞ-a birbaşa uçuşların reallaşdırılması ilin sonunadək nəzərdə tutulub: “Bundan başqa, görüşdə milli aviasiya şirkətinin maddi-texniki bazasının gücləndirilməsi, alınan müasir hava gəmiləri hesabına təyyarə parkının yenilənməsi və bu işlər zəmində Azərbaycandan ABŞ-a birbaşa uçuşların həyata keçirilməsi məsələləri müzakirə olunub. C.Əsgərov qeyd edib ki, birbaşa uçuşların reallaşdırılmasını səbirsizliklə gözləyirik. Bu, Azərbaycanla ABŞ arasında mühüm dostluq körpüsü rolunu oynayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR