Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü keçiriləcək

Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü keçiriləcək
# 25 iyun 2013 09:44 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Macarıstanın telekommunikasiya məsələləri üzrə dövlət katibi Vilmoş Vali-Nadin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, Macarıstanın nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iyunun 27-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü keçiriləcək. İşgüzar görüşə İKT sektorunu təmsil edən Macarıstan iş adamlarının qatılacağı gözlənilir.

Tədbirdə iştirak etmək istəyənlər Azpromo-ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR