“DəmirBank” yeni “Səyahət krediti” adlı güzəştli kredit aksiyasına başlayıb

“DəmirBank” yeni “Səyahət krediti” adlı güzəştli kredit aksiyasına başlayıb
# 21 may 2014 10:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “DəmirBank” səyahətə gedənlər üçün “Səyahət krediti” adlı yeni güzəştli kredit aksiyasına başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya 22 avqust 2014-cü il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə, turizm şirkətlərində səyahət paketi alanlara maksimum 6000 manatadək kredit 12 aylıq müddətə təqdim edilə bilər. Bundan başqa, aksiya çərçivəsində müştərilərə pulsuz “Visa Classic” kartı, 3000 manatdan yuxarı kredit götürənlərə isə məbləğin 30%-i qismində kredit xətti veriləcək.

“RV Travel”, “AIT Travel”, “BY Travel”, “Veklemtour” və “OK Tours” agentliklərindən səyahət paketi alanlara illik faiz dərəcəsində güzəştlər təqdim ediləcək. Müştəri aksiya çərçivəsində kredit məhsulundan bir dəfə yararlana bilər.

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

Ölkənin ilk kommersiya bankı olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. “DəmirBank” “Fitch Ratings” və “Planet Rating” agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR