Moskvaətrafında iki azərbaycanlı arasında münaqişə birinin ölümü ilə nəticələnib

Moskvaətrafında  iki azərbaycanlı arasında münaqişə birinin ölümü ilə nəticələnib
# 12 aprel 2014 19:41 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Rusiya DİN Molskva vilayəti üzrə Baş İdarəsinin açıqlamasına əsasən, azərbaycanlılar arasında münaqişəyə səbəb meyvə-tərəvəzin satış “nöqtəsi” olub.

“Münaqişə zamanı şəxslərdən biri digərinin bud nahiyəsindən bıçaqla xəsarət yetirib. Buna cavab olaraq, xəsarət almış şəxs birincinin döş nahiyəsinə bıçaq zərbəsi endirib”, deyə qurumun açıqlamasında bildirilir.

Sinəsindən ağır xəsarət almış azərbaycanlı hadisə yerində ölüb. “Münaqişənin ikinci iştirakçısı xəstəxanaya çatdırılıb, onun mühafizəsi polis tərəfindən həyata keçirilir”, deyə açıqlamada bildirilir.

Hazırda faktla əlaqədar cinayət işinin başlanması məsələsi nəzərdən keçirilir .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR