Azərbaycanın Litvadakı səfiri “2013-cü ilin səfiri” elan olunub - FOTO

Azərbaycanın Litvadakı səfiri “2013-cü ilin səfiri” elan olunub - <span style="color: red;">FOTO
# 19 dekabr 2013 14:25 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə “2013-cü ilin Səfiri” elan olunub. Səfirlikdən APA-ya verilən məlumata görə, H. Məmmədzadə Litva Respublikasının İNFOBALT Assosiasiyası tərəfindən ilin yekunu ilə bağlı təşkil olunmuş mərasimdə Litva və Azərbaycan arasında informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlığın inkişafında göstərdiyi fəaliyyətə görə bu ada layiq görülüb.

1994-cü ildə təsis edilən INFOBALT Assosasiyası milli informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunu təmsil edir. INFOBALT 138 Litva İKT şirkətlərini və təlim müəssisələrini birləşdirir. Bu müəssisə və təşkilatlarda 10 minə yaxın informasiya və kommunikasiya texnologiyaları sahəsinin mütəxəssisləri çalışır. Assosiasiya informasiya cəmiyyətinin inkişafının təşviqi, ixracın təşviqi, komitə və tərəfdaşlıq proqramının həyata keçirilməsi, layihə fəaliyyəti, beynəlxalq və milli əməkdaşlıq istiqamətində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR