Bakıda saxta pul hazırlanması faktı aşkarlanıb

Bakıda saxta pul hazırlanması faktı aşkarlanıb
# 16 yanvar 2014 10:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda saxta pul hazırlayan şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən mağazaya gəlmiş Şərur rayon sakini Əsgər Abbasov orada satıcı işləyən İradə Aydəmirovaya 1 ədəd saxta 100 manatlıq əsginas verib 5 manatlıq alış-veriş edərək ona qalıq qaytarılmış 95 manatı alaraq gedib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Abbasov saxlanılıb və onun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı 11 ədəd eyni nömrəli 100 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb.

Ə.Abbasov saxta əsginasları tanışı Naib Aslanova məxsus mağazada saxladığı “HP” markalı printer vasitəsi ilə hazırladığını bildirib. Baxış zamanı oradan 1 ədəd printer və digər alətlər aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR