Liviyada Misir diplomatları oğurlanıb

Liviyada Misir diplomatları oğurlanıb
# 25 yanvar 2014 13:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Yanvarın 24-də axşam saatlarında Liviyanın paytaxtı Tripoli şəhərində Misir səfirliyinin diplomatı yoxa çıxıb.

APA – nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Misir Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Oğurlanan diplomat səfirliyin inzibati məsələlər üzrə attaşesidir. Liviyanın Daxili İşlər Nazirliyi misirli attaşenin azad olunması üçün əməliyyata başlayıb.

“Reuters” agentliyi isə yoxa çıxan diplomatla yanaşı daha üç nəfər səfirlik əməkdaşının oğurlandığı barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR