AMEA Gəncə bölməsinin işçilərinin ştat sayı müəyyənləşib

AMEA Gəncə bölməsinin işçilərinin ştat sayı müəyyənləşib
# 23 oktyabr 2013 07:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsinin bəzi məsələləri haqqında qərar verib.

APA-nın verdiyi məlumata görə, qərara əsasən AMEA-nın Gəncə bölməsinin işçilərinin ştat sayı 312 vahid müəyyən edilib.

Maliyyə Nazirliyinə və AMEA-ya tapşırılıb ki, Akademiyanın Gəncə bölməsinin və Azərbaycan prezidentinin 2012-ci il 19 dekabr tarixli 2619 nömrəli sərəncamı ilə onun tərkibində yaradılmış Humanitar Tədqiqatlar İnstitutunun, Diyarşünaslıq İnstitutunun, Nizami Gəncəvi Mərkəzinin, Bioresurslar İnstitutunun, Nəbatat Bağının, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun və Aqrar Problemlər İnstitutunun fəaliyyəti üçün tələb olunan xərclərin maliyyələşdirilməsini Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Elm” köməkçi bölməsinin müvafiq paraqrafında AMEA üzrə nəzərdə tutulmuş vəsait hesabına təmin etsinlər.

AMEA-ya və Gəncə Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, aidiyyəti dövlət orqanları ilə birlikdə AMEA-nın Gəncə bölməsinin fəaliyyətinin təşkili üçün lazımi tədbirlər həyata keçirsinlər və bu qərardan irəli gələn digər məsələləri həll etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR