Uilyam Heyq: “Bu saziş Avropanın yalnız bir qaz təminatçısından asılılığını aradan qaldıracaq”

Uilyam Heyq: “Bu saziş Avropanın yalnız bir qaz təminatçısından asılılığını aradan qaldıracaq”
# 17 dekabr 2013 12:42 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimi ilə əlaqədar Azərbaycanda səfərdə olan Britaniya xarici işlər naziri Uilyam Heyq keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bugünkü saziş Britaniya və BP şirkəti çox gözəl bir xəbərdir: “Azərbaycanda bu gün 300-dən çox britaniyalı şirkət və 3000-dən çox işçimiz çalışır. İmzalanan saziş eyni zamanda bizim Azərbaycanla iqtisadi və siyasi əməkdaşlığımızın gücləndirilməsi istiqamətdə öhdəliklərimizi təsdiqləyir və mən ikitərəfli əməkdaşlığımızın gələcək illərdə daha da güclənməsinə ümidlə baxıram”.

U. Heyq xatırladıb ki, Azərbaycana səfər zamanı prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla da görüş keçirib: “Prezidentlə bizim məhsuldar müzakirələrimiz olub. Biz eyni zamanda Dağlıq Qarabağ münaqişəni müzakirə etdik və mən ötən ay Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşü alqışladım. Xarici işlər naziri Məmmədyarovla görüşdə isə biz Britaniya ilə Azərbaycan arasında əməkdaşlığı nəzərdən keçirtdik”.

U. Heyq Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin saxlanılmasından narahatlıqlarını da ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR