Daxili işlər naziri Ramil Usubov Sumqayıtda vətəndaşları qəbul edib

Daxili işlər naziri Ramil Usubov Sumqayıtda vətəndaşları qəbul edib
# 30 noyabr 2013 12:46 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Sumqayıt şəhərində növbəti qəbul keçirib.

DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəhər Polis İdarəsində Sumqayıt və Abşeron sakinlərini, eyni zamanda Qubadlı, Zəngilan və Füzuli rayonlarından olan bir qrup məcburi köçkünü qəbul edən nazir onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi üçün konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Polisin fəaliyyətinə aid olmayan ərizələrin aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun şəkildə baxılacağı nəzərə çatdırılıb.

Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlət başçısına minnətdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR