Şotlandiyada polis vertolyotunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 6-ya çatıb

Şotlandiyada polis vertolyotunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 6-ya çatıb
# 30 noyabr 2013 10:19 (UTC +04:00)

Bakı – APA. Şotlandiyanın Qlazqo şəhərində polis vertolyotunun pivəxananın damına düşməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, yaralıların sayının 32 nəfər olduğu bildirilir. Onların hamısı yerli tibb müəssisələrinə yerləşdirilib.

Dağıntılar altında nə qədər adamın qaldığı bəlli deyil. Hadisə baş verdiyi an barda 100 nəfərdən çox olub. Orada konsert keçirilirmiş. Helikopterdə isə 3 nəfər - iki polis və pilot olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR