Bu ilin ilk üç rübündə «Azəri-Çıraq-Günəşli» blokunda 24,5 mln. ton neft hasil edilib

Bu ilin ilk üç rübündə «Azəri-Çıraq-Günəşli» blokunda 24,5 mln. ton neft hasil edilib
# 14 noyabr 2013 07:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Xəzər Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunda «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» platformalarından ümumilikdə 181 mln. barel (24,5 mln. ton) neft hasil edilib. Gündəlik hasilat isə orta hesabla 663,2 min barel olub.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin üçüncü rübün sonunda ümumilikdə AÇG-də 72 hasilat quyusu və 33 injektor quyusu istismarda olub.

AÇG layihəsinə bu ilin ilk 9 ayında 574 mln. ABŞ dolları həcmində əməliyyat məsrəfləri və 2,039 mlrd. dollar əsaslı məsrəflər çəkilib. Bütün il üçün AÇG əməliyyatlarına 758 mln. dollar əməliyyat məsrəfləri və 2,514 mlrd.. dollar əsaslı məsrəflər nəzərdə tutulub.

Qeyd edək ki, AÇG layihəsində BP (operator-35,8%), ARDNŞ (11,6%), «Chevron» (11,3%), «Inpex» (11%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Itochu» (4,3%), «ONGC Videsh Ltd.» (2,7%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR