İranda yenicə nəşrə başlamış həftəlik qəzet bağlanıb

İranda yenicə nəşrə başlamış həftəlik qəzet bağlanıb
# 21 fevral 2014 12:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda yenicə nəşrə başlayan və həftədə bir dəfə işıq üzü görən qəzetin çapına qadağa qoyulub.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, buna səbəb “Asiman” qəzetinin fevralın 18-də dördüncü sayında qisas hökmü barədə dərc etdiyi məqalədir.

Qəzet öz məqaləsində qisas hökmünü qeyri-humanist addım sayıb. Ona görə də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsi İslam dəyərlərinə zidd məqalə verdiyinə və dini müqəddəsləri təhqir etməsi səbəbindən cinayət işi açıb. İran İslami İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Heyəti də məsələni araşdırdıqdan sonra qəzetin nəşrinin dayandırılması haqqında qərar çıxarıb.

Xəbərdə həmçinin “Asiman” qəzetinin baş redaktoru Abbas Bozorgmehrin həbs edilərək Tehranın Evin həbsxanasına salındığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR