Ərdəbildə bir nəfər edam edilib

Ərdəbildə bir nəfər edam edilib
# 10 aprel 2014 11:48 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Ərdəbil vilayətində bir nəfər edam edilib. APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, məhbus narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkilib.

Onun ad və soyadı açıqlanmayıb. Məhbus üzərində 964 qram heroinlə tutulduğundan ölüm cəzasına məhkum edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra aprelin 9-da səhər saatlarında Ərdəbil şəhərinin mərkəzi həbsxanasında icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR