Sabah Fransanın Azərbaycandakı səfirliyində FHN əməkdaşlarının iştirakı ilə taktiki-xüsusi təlim keçiriləcək

Sabah Fransanın Azərbaycandakı səfirliyində FHN əməkdaşlarının iştirakı ilə taktiki-xüsusi təlim keçiriləcək
# 13 fevral 2014 08:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sabah Fransanın Azərbaycandakı səfirliyində Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının iştirakı ilə taktiki-xüsusi təlim keçiriləcək.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlim sabah saat 15.00-da səfirliyin Səbail rayonu, Rəsul Rza küçəsi, 7 ünvanında yerləşən inzibati binasında baş tutacaq.

Təlimin keçirilməsində əsas məqsəd Fransa səfirliyinin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, səfirlik əməkdaşlarına yanğın zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin səfirliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində peşəkarlığının artırılmasından ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR