Livanın Suriya ilə sərhədində terrorçu-kamikadze özünü partladıb: 3 nəfər ölüb, 6 nəfər yaralanıb

Livanın Suriya ilə sərhədində terrorçu-kamikadze özünü partladıb: 3 nəfər ölüb, 6 nəfər yaralanıb
# 29 mart 2014 21:26 (UTC +04:00)

Bakı-APA. Livanın Suriya ilə həmsərhəd Ersal şəhəri yaxınlığında terrorçu-kamikadze partladıcı quraşdırılmış avtomobili Livan ordusunun blok-postu qarşısında işə salıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, nəticədə azı 3 hərbçi həlak olub, 6 nəfər yaralanıb.

Partlayışa görə məsuliyyəti yerli ekstremist qruplaşması öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR