Azərbaycan paytaxtının Avro-2020-yə ev sahibliyinə namizədliyi təsdiqlənib

Azərbaycan paytaxtının Avro-2020-yə ev sahibliyinə namizədliyi təsdiqlənib
# 20 sentyabr 2013 10:55 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, UEFA qitənin 13 şəhərində keçiriləcək yarışın təşkilatçılığı üçün Bakının da namizədliyini təsdiq edib.

AFFA tərəfindən irəli sürülən Azərbaycan paytaxtına 31 ölkədən şəhərlər rəqib olacaq. Belə ki, UEFA 13 yerə 32 namizədi təsdiqləyib.

Bunlar Azərbaycan (Bakı), Belarus (Minsk), Belçika (Brüssel), Bolqarıstan (Sofiya), Ermənistan (İrəvan), Xorvatiya (Zaqreb), Çexiya (Praqa), Danimarka (Kopenhagen), İngiltərə (London), Finlandiya (Helsinki), Fransa (Lion), Makedoniya (Skopye), Almaniya (Münhen), Yunanıstan (Afina), Macarıstan (Budapeşt), İsrail (Qüds), İtaliya (Roma, Milan), Qazaxıstan (Astana), Hollandiya (Amsterdam), Polşa (Varşava, Xojuv), Portuqaliya (Lissabon, Porto), İrlandiya (Dublin), Rumıniya (Buxarest), Rusiya (Sankt-Peterburq), Şotlandiya (Qlazqo), Serbiya (Belqrad), İspaniya (Madrid, Barselona, Bilbao, Valensiya), İsveç (Solna), İsveçrə (Bazel), Türkiyə (İstanbul), Ukrayna (Kiyev, Donetsk) və Uelsdir (Kardiff).

Qeyd edək ki, 12 şəhərdə 5, 1 şəhərdə isə 3 görüş keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR