Şeyxülislam Allahşükür Paşazadə Belçikada səfərdədir

Şeyxülislam Allahşükür Paşazadə Belçikada səfərdədir
# 16 oktyabr 2013 16:01 (UTC +04:00)

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər Krans Montana Forumunun Brüsseldə keçirilən XV illik sessiyasına dəvət əsasında həyata keçirilir.

Oktyabrın 19-dək davam edəcək sessiyanın işi müxtəlif mövzulara həsr olunmuş plenar iclaslar şəklində təşkil edilib. Plenar iclasların müzakirəsinə çıxarılan mövzular arasında UNESCO və İSESKO ilə əlaqədə «Daha humanist dünya: stabilliyin və inkişafın yolu» problemi yer alıb. Burada «Dinlərin sülh və strukturlaşdırma rolunun inkişafı» məsələsi ətrafında məruzələr dinləniləcək. Bu plenar iclasda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə məruzə ilə çıxış edəcək.

Tədbirin sonuncu günü Krans Montana Fondunun 2013-cü il mükafatları və medalları təqdim olunacaq. Oktyabrın 19-da keçiriləcək təltifetmə mərasimində qurumun təsisçisi Jan Pol Karteron tərəfindən Krans Montana Forumunun medalı Qafqaz Müsəlmanları İdarəsinin sədrinə təqdim olunacaq.

Krans Montana Forumunun mükafatlarının indiyədək təqdim olunduğu nüfuzlu şəxslər sırasında Azərbaycan prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR