Azərbaycanda ixracın 93%-ni neft-qaz məhsulları təşkil edir

Azərbaycanda ixracın 93%-ni neft-qaz məhsulları təşkil edir
# 17 may 2013 14:03 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycandan aparılan ixrac əməliyyatlarının böyük hissəsi xam neft, neft məhsulları və təbii qazın payına düşüb. Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ilk 4 ayda ölkədən ixracın ümumi həcmi 8 418 935,26 min ABŞ dolları təşkil edib ki, onun 7 810 342,87 min dolları və ya 83,55%-i xam neft, 411 962,7 min dolları və ya 4,89%-i neft məhsulları, 364 213,42 min dolları və ya 4,33%-i isə təbii qazın payına düşüb. Beləliklə, ixracın 92,77%-ni neft-qaz sektorunun məhsulları təşkil edib.

İxracın strukturunda payına görə sonrakı yerləri şəkər (79 564,94 min dollar və ya ümumi ixracda 0,95%), bitki və heyvan mənşəli yağlar (74 732,28 min dollar və ya 0,89%), qara metallar və ondan hazırlanan məmulatlar (40 672,77 min dollar və ya 0,48%), alüminium və ondan hazırlanan məmulatlar (28 481,74 min dollar və ya 0,34%), meyvə-tərəvəz (25 107,98 min dollar və ya 0,30%) və s. tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR