«Turanbank»ın aktivləri bu il 12% artıb

«Turanbank»ın aktivləri bu il 12% artıb
# 11 dekabr 2013 13:46 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivləri 2013-cü il dekabrın 1-nə 242,823 mln. manat təşkil edib. Bu, 2012-ci ilin analoji dövrü ilə müqayisədə 16,6%, ilin əvvəlinə nisbətən isə 11,9% çoxdur. İlin əvvəlindən bankın kredit portfeli 12,8%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 14,6% artaraq 181,893 mln. manata çatıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin dekabrın 1-nə Bankın müştəri hesabları və depozit portfeli 109,3 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 32,2% artaraq 57,884 mln. manata çatıb.

Bankın nizamnamə kapitalı 40 mln. manat təşkil etməklə ilin əvvəlinə nisbətən 33,3% artıb. Hesabat dövründə Bankın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 43,6% artaraq 45,769 mln. manat təşkil edib.

Eyni zamanda, təhlil olunan dövr ərzində «Turanbank»ın gəlirləri 25,110 mln. manat, xərcləri 20,234 mln. manat, balans mənfəəti isə 4,876 mln. manat olub.

Qeyd edək ki, bankın səhmdarları rolunda 5 hüquqi (23,84%) və 22 fiziki şəxs (76,16%) çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR